“Apple” istifadəçilərinə xəbərdarlıq - Bundan sonra...

"Apple" istifadəçilərinə xəbərdarlıq - Bundan sonra...
Kateqoriya məlum deyil
T

“Apple”, “iOS 18” istifadəçilərini yeni sistemə keçirməyə yönəltmək üçün yeniləmə menyusunda ciddi dəyişiklik edib və “iOS 26” artıq “Ayarlar” bölməsində əsas və tövsiyə edilən yeniləmə kimi ən yuxarıda göstərilir.

 

Sfera.az xəbər verir ki, şirkətin yaydığı məlumatlara əsasən, bununla da sentyabr ayından bəri yalnız əlavə seçim kimi ekranın aşağı hissəsində təqdim olunan “iOS 26” artıq ön plana çıxarılıb. “iOS 18” yeniləmələri isə arxa plana keçirilərək səhifənin aşağı hissəsində alternativ variant kimi saxlanılıb.

 

Mütəxəssislər bildiriblər ki, “Apple” yeniləməni məcburi etməsə də, bu addım “iOS 26”nın quraşdırılma faizini artırmaq məqsədi daşıyır. Şirkətin bu qərarı, bəzi istifadəçilərin yeni “Liquid Glass” dizayn dili səbəbilə “iOS 26”ya keçməyə tərəddüd etməsi fonunda diqqət çəkir. “Apple” uzun müddətdir köhnə versiyada qalan istifadəçilərə təhlükəsizlik yeniləmələri təqdim etsə də, bunun müvəqqəti bir imkan olduğu açıqlanıb.

 

Yaxın zamanda “iOS 18” üçün təhlükəsizlik dəstəyi tamamilə dayandırılacaq və “iOS 26” yeganə aktiv versiya kimi qalacaq. Həmçinin qeyd olunub ki, “iOS 18”dən “iOS 26”ya keçid geri qaytarılmır, istifadəçilərin əvvəlki versiyaya dönmək şansı yoxdur. “Apple”ın yenilənmiş yanaşması şirkətin köhnə versiyada qalmaq istəyən istifadəçilərin sayını azaltmağa çalışdığını göstərir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ