Bakıda ər arvadını öldürmək istədi - DETALLAR

Bakıda ər arvadını öldürmək istədi - DETALLAR
Kateqoriya məlum deyil
T

Dekabrın 2-də paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd edilib.


Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
 

Bu faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Leyla Quliyevanın əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
 

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

PAYLAŞ