“Washington Times” Azərbaycanın Birinci vitse-prezidentindən yazıb

“Washington Times” Azərbaycanın Birinci vitse-prezidentindən yazıb

 

Bu gün qadınların öz hüquqları üçün mübarizə apardığı müsəlman dünyasında Azərbaycan Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması ilə irəliyə tarixi addım atmış oldu.

Trend xəbər verir ki, bunu ABŞ-ın "Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani "The Washington Times” qəzetində dərc olunan məqaləsində yazıb.

Müəllif bu təyinatın ABŞ üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: "Niyə Vaşinqton bu təyinatı alqışlamalı və Mehriban Əliyevanı dəstəkləməlidir? Əgər biz islam ekstremizmi probleminin həll olunmasını istəyiriksə, müsbət alternativlər tapmalı və dəstəkləməliyik. Xanım Əliyevanın uğuru bütün müsəlman dünyası üçün nümunə ola bilər”.

Məqalədə qeyd olunur ki, o, öz millətinin bütün dəyərlərini - tarix boyu amerikalıların da dəstəklədiyi dəyərləri təcəssüm etdirir. İlk növbədə, Mehriban Əliyeva dini dözümlülüyün fundamental dəyərlərini təmsil edir.

R.Sobhani yazır: "Xristian, yəhudi, müsəlman və digər dini cərəyanlar Azərbaycanda birgə dinc şəraitdə yaşayır. Məsələn, yəhudi icması Bakıda yeni sinaqoq tikmək qərarı verdikdə, Mehriban Əliyeva buna tam dəstək göstərdi”.

Mehriban xanımın şəxsiyyətinin ikinci cəhəti xalqın digər dəyərini əks etdirir: "Bu, ehtiyacı olanlara diqqətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun təsisçisi və rəhbəri olmaqla Mehriban Əliyeva bütün dünyada çoxlu xeyriyyə layihələri həyata keçirir. Məsələn, Pakistanda 2008-ci il zəlzələsindən sonra o, Heydər Əliyev Fondunun resurslarını ölkənin ən ucqar bölgələrində məktəblərin bərpasına yönəltdi”.

Müəllif qeyd edir ki, bu səbəbdən xanım Mehriban Əliyevanın ehtiyacı olanlara göstərdiyi yorulmaz xidmətlərə görə Fransanın ali medalı ilə təltif olunması təəccüb doğurmamalıdır.

R.Sobhaninin fikrincə, Mehriban Əliyevanı gözəl lider edən üçüncü amil təbiətə sevgidir. Onun üçün və bütün xalq üçün birinci dərəcəli məsələ ətraf mühitin qorunmasıdır.

Müəllif məqalənin sonunda Yaxın Şərq regionunda qadın hüquqları məsələsinə toxunub: "Qadın hüquqlarının sıxılması Yaxın Şərqin bir çox hissələrində davam edir. Nəhayət, Amerikanın bölgədəki ən güclü müttəfiqi bu problemin həlli üçün cəsarətli addım atdı. ABŞ Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlamalı və bütünlüklə dəstəkləməlidir”.

 


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...