Azərbaycanda imtahanlarla bağlı – YENİLİK

Azərbaycanda imtahanlarla bağlı – YENİLİK

 

"Gələn ildən magistratura səviyyəsinə keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq”.

 Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda rus bölməsinin abituriyentlərinin verdiyi Azərbaycan dili imtahan nəticəsi iki il istifadə olunur: 

"Builki və gələnilki qəbul imtahanları, hələ ki, bir qaydada davam edəcək. Amma iki ildən sonra ölkədə kurikulumla tədris alan uşaqlar 11-ci sinifə gələcəyi üçün çalışacağıq ki, iki ilə yeni modelləri işləyək. Yeni modellərə əsasən, bir imtahanın nəticəsi iki il istifadə oluna biləcək.

Gələn il isə artıq bunu magistratura səviyyəsində tətbiq edəcəyik. Artıq yeni qərarlar qəbul olunduğu üçün biz hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlərə başlaya bilərik. İmtahan nəticələrinin iki il istifadə olunduğu təqdirdə, qiymətlər abituriyentlərə elə də yüksək görünməyəcək”.

Sədr xatırladıb ki, bu il Dövlət İmtahan Mərkəzinə legitim hüququ mühitinin yaradılması üçün bir sıra qərarlar qəbul olundu: 

"Qərarlar qəbul olunmadığı üçün dekabr, yanvar və fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək”.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...