Aprel müharibəsi: tanklara tökməyə dizel yox imiş...

Aprel müharibəsi: tanklara tökməyə dizel yox imiş...

 

Ermənistanın baş naziri Karen Karapetyanın bu günlərdə ötən il Qarabağdakı aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə sensasion bəyanatı ilə bağlı qalmaqal səngimir.

Sfera.az virtualaz.org-a istnadən xəbər verir ki, indi qondarma "dqr baş naziri" bu problemin yarandığını etraf edib və aprel döyüşləri zamanı, habelə ondan sonrakı aylarda hərbi texnikanın, avtomobil və mühəndis texnikasının keyfiyyətsiz dizel yanacağı üzərində işə düşmədiyini, yaxud sıradan çıxdığını təsdiqləyib.

 


"Joqovurd" qəzeti baş nazir Karapetyanın aprel döyüşləri zamanı hərbi texnikanın keyfiyyətsiz dizel yanacağına görə işə düşmədiyi haqda bəyanatını araşdıraraq müəyyən edib ki, Ermənistana, eləcə də Dağlıq Qarabağa illər boyu keyfiyyətsiz dizel yanacağı idxal edilib. Nəticədə bu yanacaq təkcə hərbi texnikanı deyil, kənd təsərrüfatı texnikasını və avtomobil nəqliyyatını da sıradan çıxarıb. Bunu qəzetə qondarma "dqr baş naziri" Ara Arutyunyan deyib. Onun sözlərinə görə, həm aprel döyüşləri zamanı, həm ondan sonra ordunun ehtiyacları üçün işləyən podratçı şirkətlər yanacaq problemi ilə üzləşiblər. Çünki "hökumət" yanacağı təcili qaydada "fərdi təchizatçılardan" almalı olub. "Başa düşmək lazımdır ki, əgər bazarda keyfiyyətsiz yanacaq varsa təcili satınalmalar zamanı belə problemlər meydana çıxa bilər", - Arutyunyan bildirib.

 

Qeyd edək ki, aprel döyüşlərinə dair yayılan görüntülərdə Ermənistan işğalçı qüvvələrinə məxsus sınıq-salxaq avtomobil texnikasını, tankları görmək olurdu. Həmin döyüşlər zamanı ordunun ciddi təchizat problemlərinin üzə çıxması nəticəsində Ermənistan Müdafiə Nazirliyində təlatümlər başladı. Generallar, digər yüksək rütbəli zabitlər işdən qovuldu və həbs edildi, müdafiə naziri Seyran Ohanyan bir qədər gec də olsa vəzifəsini itirib Sərkisyana qarşı müxalifətə keçdi. Və belə görünür ki, həmin günlərdə Azərbaycan ordusu daha böyük qüvvə ilə hücuma keçsəydi və hərbi əməliyyatlar 4 gün sonra dayandırılmasaydı Ermənistan ordusunun darmadağın edilməsi doğrudan da qaçılmaz olacaqdı...

Bir çoxlarına görə Ermənistan baş naziri orduda yanacaq problemini ona görə məhz indi gündəmə gətirib ki, bu, hakimiyyətin keçmiş müdafiə naziri Seyran Ohanyanı oyundan çıxarmaq planlarına xidmət edir. Axı Ohanyan və ya onun daxil olduğu "üç O.." bloku özünü qarşıdakı aprel seçkilərində hakimiyyətə əsas alternativ hesab edir.

Lakin mətbuat yazır ki, Ohanyan onun mövqelərini zəiflətmək cəhdlərinə qarşı dözmək fikrində deyil. Məlumata görə keçmiş müdafiə naziri yaxın çevrəsində deyib ki, keyfiyyətsiz yanacaq problemi var, ancaq buna görə bir başqası yox, prezident Serj Sərkisyana yaxın oliqarx Barseq Bəyləryan məsuliyyət daşıyır. Çünki Bəyləryanın "Fleş" şiirkətlər qrupu Ermənistana neft məhsullarının idxalı üzrə inhisarçıdır və məhz onun şirkəti kerosini dizel yanacağı ilə qarışdırıb istehlakçılara sırıyır. Məlumata görə Ohanyan deyib ki, əgər birdən kimsə bu yanacaq məsələsinə görə məsuliyyəti önün üzərinə yıxmağa cəhd eləsə o zaman susmayacaq və "ziyanvericilərin" adlarını ictimaiyyətə açıqlayacaq.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...