Bakı-Şamaxı yolunda çoxlu tektonik çat var

Bakı-Şamaxı yolunda çoxlu tektonik çat var

 

"Dünən Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyində baş vermiş torpaq sürüşməsi aktiv fazadadır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ötən il Geoloji planlama ekspedisiyanın Bakı-Şamaxı avtomobil yolunun 106-cı km-də istiqaməti dəyişmək barədə tövsiyə xarakterli təklif irəli sürdüyünü xatırladan Ə. Qaralov bildirib ki, növbəti dəfə həmin ərazidə sürüşmə baş verib, sürüşmə davam edir: "Sürüşmə "Acıdərə” adlı ərazini əhatə edir. "Acıdərə”nin həm sağ, həm də sol tərəfi Şamaxı-Qobustan sinklinoriumunda yerləşir. Altında maykop çöküntüləri, üstündə 3 metrə yaxın torpaq qatıdır. Yolun sol tərəfində yamacın meyliliyi təxminən 20 dərəcədir. Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyində çoxlu tektonik çatlar mövcuddur və yeraltı sular demək olar daimi üzdə olur. Həmin horizont sulu horizontdur”.

O qeyd edib ki, 106-cı km-də sürüşmənin uzunluğu təxminən 20-30 metr, eni isə 70-85 metrə yaxındır: "Sürüşmə qaşının hündürlüyü 70 sm-ə qədər olur. Yolun sol hissəsində istinad divarı da tikilib, su ötürücü quraşdırılıb. Sürüşmə baş verdikcə torpaq yola tökülür, gediş-gəlişə mane olur. "Acıdərə” özü tektonik qırılma zonasında yerləşir. Dərə boyu, tektonik qırılma baş verdikdə uzunluğu 5-20 metr olan çatlar əmələ gəlir. Çatların eni bəzən 5-10 sm olur. Səth suları da həmin çatlar vasitəsilə üzə çıxır. Yamac daimi sulu, nəm olur. Əlavə olaraq yağış yağdıqda kütlə tam doyur, ilişmə qüvvəsi azalır, ağırlıq qüvvəsi artır və maililiyi yola tərəf olan yamac istiqamətində sürüşmə baş verir”.

Qeyd edək ki, Bakı-Şamaxı yolunun 106-cı km-dəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.



OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...