Həftəsonu bu bürclər üçün UĞURLU OLACAQ

Həftəsonu bu bürclər üçün UĞURLU OLACAQ
Kateqoriya məlum deyil
T

 

Ayın dəyişən mövqeyi bürclərdə fərqli emosional dalğalanmalar yaratsa da, günün ümumi enerjisi konstruktiv addımlar atmağa imkan verir. Qərar vermək, plan qurmaq, münasibətlərdə səmimi ünsiyyət aparmaq üçün əlverişli zaman sayılır.

 

Bu həftəsonu bir çox bürclər üçün kommunikasiya, planlaşdırma və şəxsi həyat mövzularında aydınlaşma gətirəcək. Planetar enerji sakit, lakin məhsuldar fon yaradır.

 

Sfera.az həftəsonuna uyğun qoroskopu təqdim edir:

 

Qoç

 

Qoçlara aktiv və məhsuldar günlər keçirəcəklər. İş, görüşlər və yeni planlar üçün əlverişli zaman hesab olunur. Enerji yüksəkdir, təşəbbüskarlıq müsbət nəticə verə bilər.

 

Buğa

 

Maliyyə və şəxsi həyatla bağlı sakit, düşüncəli dövr proqnozlaşdırılır. Buğalara tələsik qərarlardan uzaq durmaq tövsiyə olunur. Həftəsonu plan qurmaq üçün uyğundur.

 

Əkizlər

 

Kommunikasiya və sosial əlaqələr ön plana çıxır. Yeni tanışlıqlar və yaradıcılıq baxımından məhsuldar enerji də olacaqsınız Əkizlər üçün aktiv ünsiyyət günü ola bilər.

 

Xərçəng

 

Həftəsonu daha çox ev və ailə mövzularına yönəlmək tövsiyə olunur. Sakitlik və emosional balans önə çıxır. Daxili rahatlıq və düşünmək üçün uyğun gündür.

 

Şir

 

Maliyyə mövzuları, işgüzar danışıqlar və planlaşdırılmış görüşlər üçün əlverişli zaman sayılır. Diqqətli olmağınızda fayda var, amma fürsətləri qaçırmamağı tövsiyə edir.

 

Qız

 

Peşəkar işlər və məsuliyyətlərlə bağlı irəliləyiş mümkündür. Qızlar üçün planların həyata keçirilməsi, detallı işlərin uğur gətirməsi gözlənilir.

 

Tərəzi

 

Münasibətlər və sosial dairədə canlanma müşahidə ediləcək. Tərəzilərə emosional tarazlığa diqqət etmək məsləhət görülür. Dostlarla görüşlər uğurlu ola bilər.

 

Əqrəb

 

Əqrəblər üçün riskli, eyni zamanda məhsuldar enerjilər var. Yeni layihələr və maliyyə addımları diqqətlə atılmalıdır.

 

Oxatan

 

Səyahət, təhsil və sosial həyat üçün əlverişli dövrdür. Oxatanlara yeni ideyalara açıq olmağı tövsiyə edilir.

 

Oğlaq

 

Ailə, ev və maliyyə sabitliyi mövzuları önə çıxır. Kiçik, amma uzunmüddətli təsiri olan qərarlar verilə bilər. Həftəsonu dincəlmək də tövsiyə edilir.

 

Dolça

 

Yaradıcılıq, dost çevrəsi və şəxsi layihələr üçün uyğun gündür. Dolçalara yenilikçi fikirlərə yönəlmək və sosial aktiv olmaq tövsiyə olunur.

 

Balıqlar

 

İntuisiya yüksəlir. Balıqlara emosional yenilənmə, ruhən rahatlama və yaradıcılıq proseslərinə vaxt ayırmaq məsləhət görülür.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ