“ASAN xidmət” mərkəzində maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

"ASAN xidmət" mərkəzində maarifləndirmə tədbiri keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində maarifləndirmə tədbiri keçirib.

Sfera.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov da iştirak edib.

Maarifləndirmə proqramı çərçivəsində iştirakçılara fövqəladə halların qarşısının alınması, yanğın təhlükəsizliyi, təxliyə qaydaları və digər vacib təhlükəsizlik mövzuları barədə geniş məlumat verilib.

Tədbir vətəndaşların maarifləndirilməsi və təhlükəsizlik mədəniyyətinin artırılması baxımından əhəmiyyətli hesab olunub.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ