Logo

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Ata Abdullayev azadlığa çıxmaq istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.

Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib.

Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR