Ramiz Əzizbəyli ilə Afaq Bəşirqızı arasındakı DAVA ALOVLANDI: \"Mənim hesabıma xalq artisti oldu\"

Ramiz Əzizbəyli ilə Afaq Bəşirqızı arasındakı DAVA ALOVLANDI: \
Xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli uzun illər küsülü qaldığı həmkarı, xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərinə aydınlıq gətirib. 2010-cu ildə tərəflər arasında başlanan, amma sonradan səngiyən "soyuq müharibə” belə getsə, deyəsən yenidən alovlanacaq.

Yeniçağ.az-a açıqlama verən R. Əzizbəyli xanım həmkarını heç vaxt bağışlamayacağını deyib:

"Mən illərdir ki, onunla küsülüyəm, danışmıram. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanındı, uğur qazandı, "Bəxt üzüyü”ndən sonra xalq artisti adını aldı. Heç barışıq addımına ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil”.

Maraqlıdır, bu müddət ərzində xanım həmkarı onun səhhəti ilə maraqlanıbmı? Əzizbəylinin cavabı belə oldu:

"Heç maraqlana da bilməz. Nə badə, Allah eləməsin. Onunla barışıq söhbəti ola bilməz”.

Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən "Bəxt üzüyü” filmidir. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının "Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...