Bu il icra olunan cərrahi əməliyyatların sayı açıqlandı

“TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr ayları üzrə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub”.
Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
O qeyd edib ki, artıq TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır: “2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox (90 prosedur) xidmətə çıxışın təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, 2030-cu ildən Tibbi Ərazi Bölmələri (TƏB) mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili təmin olunacaq”.





