Logo

Xəzərdə daha bir neftçinin meyiti tapıldı

Xəzərdə daha bir neftçinin meyiti tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşib.

Sfera.az xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyit üzərində ilkin müayinə bitib, hazırda genetik müayinə aparılır. Ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb. 
 
Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Cavid Bəhramov olduğu bildirilir.
 
Qeyd edək ki, martın 4-də "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR