Kürdəmir yenidən canavarların hədəfi oldu

Kürdəmir yenidən canavarların hədəfi oldu
Kateqoriya məlum deyil
T

Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.

 

Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.

 

Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb və onlar sürü şəklində hərəkət edirlər bu dəfə ki hücumda ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.

 

Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR