Komitə sədri:"Hər üç dəqiqədə ən azı bir qadın öldürülür"

Komitə sədri:"Hər üç dəqiqədə ən azı bir qadın öldürülür"
Kateqoriya məlum deyil
T

"Hər üç dəqiqədə ən azı bir qadın öldürülür".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Onun sözlərinə görə, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır:

 

"Dünyada hər 3 qadından 1-i nə vaxtsa zorakılığa məruz qalıb, hər üç dəqiqədə ən azı bir qadın öldürülür. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib. Bu il bu günün 26 ili tamam olur. Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var. Hələ də zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir".

 

Parlamentari sonda bu səbəblə daha çox maarifləndirmə işləri aparmağın lazım olduğunu sözlərinə əlavə edib.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR