Bakıda avtoxuliqan nömrəsini dəyişərək “RA 1000” yazdırıb

Bakıda avtoxuliqan nömrəsini dəyişərək “RA 1000” yazdırıb

Sürücü avtomobilin nömrəsini adı ilə əvəz edib. Dövlət nömrə nişanındakı rəqəmləri öz başına dəyişib. Avtoxuliqanların şou və dəbdəbə istəyi sərhəd tanımır. Son zamanlar avtomobilin dövlət nömrə nişanını qanunsuz olaraq adlarla əvəz etmək sanki dəbə çevrilib. Belələrindən biri kameralarımıza tuş gəlib.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, bu sürücünün etdiyi dəyişikliklər ciddi qanun pozuntusu olsa da, bununla bağlı ciddi tədbir görülmədiyindən paytaxtın mərkəzi küçələrində rahat şəkildə avtomibilini idarə edir.

Görənləri təəccübləndirən və heçbir yerdə qeydiyyatda olmayan belə nömrə sahiblərinin digər xəta zamanı və hansısa bir qəza törətdikə necə cəzalandırılacağı sual doğurur.

Məsələylə bağlı xəzərxəbərə açıqlama verən Baş dövlət yol polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunvericiliyə əsasən Azərbaycanda bu cür nömrələrin verilmədiyini xatırladır.

 

Kamran Əliyevin sözlərinə görə, adətən belə nömrələr xarici tranzit maşınlarda olur. Və həmin nömrələrin üzərində də aid olduğu ölkənin simvolları olur. Bu maşındakı nömrədə isə hansısa bir dövlətin qeydiyyat nişanına aid simvol yoxdur.

Və belə maşınlar yol polisi əməkdaşları tərəfindən saxlanılır texniki sənədindəki nömrə nişanı ilə faktiki üzərində olan nömrəsi üst üstə düşmədikdə maşın cərimə meydançasına aparılır. ("Xəzər TV")



OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...