Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlməkdə davam edir

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlməkdə davam edir

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpus təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Sfera.az Trend-ə istinadən bildirir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım, Tatarıstan Prezidenti Rüstəm Minnixanov və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Təbrik edən dövlət rəsmilərinin arasında Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Jilkin Aleksandr, Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Panov Daniel, Macarıstanın Baş nazirinin xanımı Aniko Levainin adları da var.

Rusiyanın bir çox tanınmış ictimai-siyasi xadimləri Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər. Onların sırasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov, Dövlətlətarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina və TASS Agentliyinin baş direktoru Sergey Mixaylovun adları var.

Mehriban Əliyevanı təbrik edənlər arasında dünyanın tanınmış, nüfuzlu siyasətçilərinin adları da yer alır. Fransa Milli Assambleyasının üzvü, Azərbaycan Dostları Assosiyasiyasının Prezidenti Jan-Fransua Mansel, Müqəddəs Kiril və Metodi Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Jandos Asanov, Qərbi Avstraliya Parlamentinin deputatı Liz Behjat, İsrail dövlətinin Əmək Partiyasının sədri, müxalifət lideri İsaak Hersoq, Böyük Britaniyadan Beynəlxalq Ticarət Sərgisinin Regional direktoru Edvard Straçan və BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Azərbaycanın bir çox dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri - Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Təbriklər sırasında Azərbaycandakı xarici ölkələrin səfirliklərinin, diplomatik korpus rəhbərlərinin adları da yer alır. Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycandakı Avropa İqtisadiyyat Palatasının prezidenti Piriyev Nizami, Türkiyə Radio Televiziya Qurumunun (TRT) Baş təmsilçisi Yıldıray Arslan və Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsabayev Beybit Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən də Mehriban Əliyevanın ünvanına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlir. Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov da təbriklərə qoşulanlar sırasındadırlar.

Ölkəmizin tanınmış, nüfuzlu incəsənət xadimləri də - SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fidan Qasımova, Azərbaycan Respublikasının Xalq artisti Xuraman Qasımova, Xalq Artisti, M.Maqomayev adına Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Xalq artisti Alim Qasımov, Xalq artisti, "Qaya" Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayev və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...