Fəsil payız, hava yaz – Mülayim hava hələ davam edəcək

Fəsil payız, hava yaz – Mülayim hava hələ davam edəcək
Kateqoriya məlum deyil
T

Artıq noyabrın son günlərinə yaxınlaşırıq, lakin havalar hələ də payızdan çox yazı xatırladır. Ölkənin demək olar ki, bütün bölgələrində temperaturun mövsüm normasından yüksək olması diqqət çəkir. Bu fonda noyabr ayında müşahidə edilən qeyri-adi isti hava şəraitinin səbəbləri və temperatur fərqlərinin nə dərəcədə anomaliya sayıldığı sualı gündəmə gəlir. 


Bu barədə Sfera.az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində qeydə alınan mülayim və nisbətən isti hava şəraitinin əsas səbəbi mövcud sinoptik durumla bağlı olaraq isti hava axınlarının cənub istiqamətindən ölkəyə daxil olması və cənub-şərq küləklərinin üstünlük təşkil etməsidir:


“Bu amillər hava şəraitinin daha yumşaq keçməsinə və temperatur göstəricilərinin artmasına səbəb olur. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, bölgələrdə isə 25 dərəcəyədək yüksəlir. Paytaxt və Abşeron yarımadasında noyabr ayının indiyədək olan dövrü üzrə orta temperatur iqlim normasından 2.9 dərəcə yüksək qeydə alınıb”.

 

 

Hidrometeroloq qeyd etdi ki, ötən illərin noyabr göstəriciləri ilə müqayisədə 2023-cü ilin noyabrında Bakıda və Abşeronda temperatur 25 dərəcə, regionlarda isə 29 dərəcəyə qədər isti hava qeydə alınıb.


Müsahibimiz dedi ki, ölkə üzrə müşahidə edilən bu mülayim hava şəraitinin yaxın günlərdə də davam edəcəyi gözlənilir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR