Logo

Şou-biznesdən Xəzərdəki yanğına görə jest - FOTO

Şou-biznesdən Xəzərdəki yanğına görə jest - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi ilə əlaqadər şou-biznes fəaliyyəti ilə məşğul olan şəxslər münasibət bildiriblər.

Sfera.az anspress-ə istinadən bildirir ki, Azərbaycanın məşhur müğənniləri sosial şəbəkədə öz səhifələrində "Günəşli" yatağındakı yanğınla bağlı baş sağlığı veriblər. 

Müğənni və bəstəkar Murad Arif axşamkı tədbirlərindən imtina etdiyini bildirib: 

"Aman Allahım! 32 nəfər, 32 ailə , 32 can. Bu faciədir! Bir qarın çörək üçün bu soyuqda dənizdə çalışan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ağır dərddir. Bu axşamkı çıxışlarımı təxirə saldım. Xeyriyyə tədbirimiz də ləğv olundu. Belə gündə şənlənmək olmaz. Çox ağırdır".

Şou-biznesdən Xəzərdəki yanğına görə jest - FOTO

Xalq artisti Faiq Ağayev, əməkdar artist Elza Seyidcahan və digər tanınmış incəsənət xadimləri sosial şəbəkədə məyus olduqlarını bildiriblər. 

Şou-biznesdən Xəzərdəki yanğına görə jest - FOTO

Şou-biznesdən Xəzərdəki yanğına görə jest - FOTO

"Günəşli" dəniz yatağında baş vermiş yanğında 30 nəfərin itkin düşdüyü bildirilir. 32 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və SOCAR birgə bəyanat yayıblar. İtkin düşənlərin axtarılması üzrə xilasetmə əməliyyatı aparılır.

Şou-biznesdən Xəzərdəki yanğına görə jest - FOTO

Güclü tufan və təbii fəlakətin yaratdığı digər çətinliklər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində problemlər yaradır.

Hadisə zamanı platformada 63 nəfərin olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR