Logo

"Akkord"un qarşısında fəhlələrin üsyanı - Aylardır maaşlar verilmir

"Akkord"un qarşısında fəhlələrin üsyanı - Aylardır maaşlar verilmir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün "Akkord"un Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Asfalt Zavodunun işçiləri aksiya keçiriblər.

Sfera.az xəbər verir ki, avrasiya.net-in əldə etdiyi məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd işçilərin aylarla yığılıb qalan əmək haqqlarının verilməməsidir. Zavodun 200-ə yaxın işçisi zavod rəhbərliyindən haqlarını tələb ediblər. Amma rəhbərlik müxtəlif bəhanələrlə onların maaşlarını gecikdirib. O da bildirilib ki, burada ən aşağı əmək haqqı 800 manatdır. Zavodun direktoru Şəmsəddin Məmmədov "Akkord"un Qazaxıstandakı layihələrin kuratoru vəzifəsində çalışıb.

Zavodda çalışanlar əmək haqlarını almayınca etiraz aksiyalarını davam etdirəcəklərini bəyanlayıblar.

Zavodun rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR