Logo

SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək

SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir.

Sfera.az "Report"-a istinadən xəbər verir ki, bunu keçirdiyi birfinqdə  SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.

O deyib ki, hazırda SOCAR prezidentinin iştirakı ilə axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah 5-ci özüldədir. Sabah isə qərargah qəza baş verən 10-cu özülə köçürüləcək.

"SOCAR prezidentinin əmri ilə sabah qərargah gəminin üzərindən birbaşa yanğın olan platformanın üzərinə köçürüləcək".

Qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını sabah saat 11.00-da keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR