"Qeyri-neft-qaz özəl sektorunda hər gün 200-ə yaxın yeni iş yerinin yaradılması böyük iqtisadi nəticədir"

"Qeyri-neft-qaz özəl sektorunda hər gün 200-ə yaxın yeni iş yerinin yaradılması böyük iqtisadi nəticədir"
Kateqoriya məlum deyil
T

"Qeyri-neft-qaz özəl sektorunda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb".

 

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

Nazir qeyd edib ki, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorunda hər gün 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb ki, bu, çox böyük iqtisadi nəticədir.

 

Onun sözlərinə görə, 2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb:

 

"Əməkhaqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaratmışdır. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR