İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"

İSESKO rəhbəri:
Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir.
 

Sfera.az xəbər verir ki, bunu Trend-ə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, bu, həm də birinci xanımın yüksək bilik və bacarıqlara malik müstəsna şəxsiyyətini təsdiq edir:

"O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, ölkəni inkişaf və rifaha aparan müdrik siyasəti dəstəkləməyə və ictimaiyyətə xidmət etməyə imkan verən bilik və bacarıqlara malikdir".

İSESKO-nun baş direktoru qeyd edib ki, Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın ölkənin balanslı inkişafı üçün böyük səylər göstərdiyini tamamilə anlayır.

Onun sözlərinə görə, birinci xanım Heydər Əliyev Fondunun rəhbəri kimi idarəetmə sahəsində böyük işlər görüb və Azərbaycan Prezidenti İlham Əliyevə prezident mandatının icra olunmasında əhəmiyyətli dəstək verib.

Əl-Tuveycri deyib ki, indi Mehriban Əliyevanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın iqtisadi inkişafı və Azərbaycan xalqının rifahı naminə milli məqsədlərə nail olunması üzrə nəcib missiyanın reallaşdırılması üçün üzərinə yeni öhdəliklər götürməsinin vaxtı çatıb:

"Mən Mehriban Əliyeva ilə onun İSESKO-nun xoşməramlı səfiri təyin olunduğu vaxtdan tanışam. Hər dəfə Mehriban xanımla Bakıda görüşərkən, mən özüm üçün onun güclü xarakterini, mükəmməl bilik və bacarıqlarını, müasirliyə köklənməsini və daim sülhün, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, həmrəyliyin geniş vüsət alması ilə bağlı mütəmadi səylərini kəşf edirəm".

Baş direktorun sözlərinə görə, öz humanist missiyasını tamamilə anlayan Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə ən yaxşı dayaqdır və onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müdrik və vaxtında verilmiş bir qərardır:

"Mən Birinci vitse-prezident Mehriban Əliyevanı, eləcə də Azərbaycan xalqını təbrik edirəm və ona bu nəcib missiyanın həyata keçirilməsində uğurlar arzulayıram".



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...