"Qara Cümə" nə vaxtdır? - Endirimlər BAŞLAYIR!

"Qara Cümə" nə vaxtdır? - Endirimlər BAŞLAYIR!
Kateqoriya məlum deyil
T

Hər il dünyanın bir çox ölkəsində müxtəlif adlarla keçirilən böyük endirim həftəsi alış-veriş mövsümünün ən gözlənilən dövrlərindən birinə çevrilib.

 

“Black Friday”, “White Friday”, “Efsane Cuma” , “Cyber Week” və Azərbaycanda "Qara Cümə" kimi təqdim olunan bu kampaniyalar həm fiziki mağazalarda, həm də onlayn platformalarda rekord həcmdə satışların həyata keçirilməsinə səbəb olur.

 

Sfera.az xəbər verir ki, dünyada alış-veriş mövsümünün ən böyük endirim günü hesab edilən "Qara Cümə" (Black Friday) bu il, 28 noyabr 2025-ci il tarixində keçiriləcək. Bu tarix ABŞ-də “Şükran Günü”nün 27 noyabr cümə axşamı qeyd olunması ilə bağlıdır. Bu ənənə artıq on illərdir qlobal miqyasda mağazaların və onlayn platformaların böyük endirim kampaniyaları ilə müşahidə olunur.

 

Tarixi mənbələrə görə, “Black Friday” termini ilk dəfə 1960-cı illərdə ABŞ-nin Filadelfiya şəhərində polis tərəfindən istifadə olunub. Bayramdan sonrakı cümə günü küçələrdə yaranan böyük tıxac, izdiham və satış dalğası səbəbindən həmin gün “qara gün” kimi adlandırılıb. Daha sonra pərakəndə sektorunda bu anlayış müsbət mənada interpretasiya olunub. Yəni, mağazaların maliyyə hesabatlarında zərərdən (qırmızı rəqəmlərdən) mənfəətə (qara rəqəmlərə) keçdiyi gün kimi qəbul edilib.

 

Son illərdə “Black Friday” təkcə bir günlə məhdudlaşmır. Bir çox şirkətlər endirim aksiyalarını bir neçə gün öncədən başladır və hətta sonrakı bazar ertəsi ilə birlikdə bir həftəlik endirim marafonuna çevirir. Bu tendensiya artıq ABŞ-dən kənarda da geniş yayılıb və dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da onlayn mağazalar və pərakəndə şəbəkələr kütləvi kampaniyalar keçirir.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR