CƏBHƏDƏN TƏCİLİ XƏBƏR: Vəziyyət GƏRGİNLƏŞDİ

CƏBHƏDƏN TƏCİLİ XƏBƏR: Vəziyyət GƏRGİNLƏŞDİ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 196 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.

BiG.AZ Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Berdavan, İcevan rayonunun Ayqeovit, Vazaşen və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu, Ağbulaq, Koxanəbi, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

OXŞAR XƏBƏRLƏR

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...

Növbəti 3 ay üçün əhaliyə XƏBƏRDARLIQ

Yay gəldi və təbiət öz rəngarəngliyi, günəşli günləri ilə bizi enerji ilə doldurmağa başladı! Lakin bu isti mövsüm təkcə dincəlmək, səyahət etmək üçün deyil, ey...