Bu yaş qruplarında olan insanlar daha depressivdirlər - TƏDQİQAT

Bu yaş qruplarında olan insanlar daha depressivdirlər - TƏDQİQAT
Kateqoriya məlum deyil
T

Araşdırmalar müxtəlif nəsillərin psixoloji vəziyyətini müqayisə edib və nəticələr göstərir ki, ən çox psixoloji problemlə üzləşən nəsil Z nəslidir (1997-2012-ci il təvəllüdlülər).

 

Sfera.az xəbər verir ki, ABŞ-də pandemiya dövründə aparılan tədqiqatlara görə, Z və Y nəsli (1981–1996) arasında depressiya, narahatlıq və stress əvvəlki nəsillərə nisbətən daha yüksək olub. Bu gənclərin bir qismi stresslə mübarizə üçün zərərli vərdişlərə – spirt istifadəsi və yuxu dərmanlarına daha tez-tez müraciət edib.

 

Avstraliyada 27 min nəfəri əhatə edən geniş araşdırmada da oxşar nəticələr ortaya çıxıb. Məlum olub ki, psixi sağlamlıq problemlərinin artması əsasən gənc nəsillərin payına düşür. Xüsusilə Y nəsli də psixoloji baxımdan əvvəlki nəsillərə nisbətən daha həssasdır. Həmçinin, Z nəslinin emosional vəziyyət baxımından ən zəif nəsil olduğunu təsdiqlənib. Mütəxəssislər bunun səbəbinin sosial medianın güclü təsiri, iqtisadi qeyri-sabitlik, informasiya yükü, yüksək sosial təzyiq olduğunu deyirlər. Bəzi psixoloqlar bildirirlər ki, smartfonlardan çox erkən istifadə və sosial şəbəkələrdəki müqayisə mədəniyyəti gənclərdə narahatlığı artırır. Bununla yanaşı, Z nəslinin psixi sağlamlıq mövzusunda daha açıqdır və yardım almağa daha meyllidir. Bu da problemlərin daha görünən olmasına səbəb olur.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR