Bu ölkədə əsgərlik yenidən məcburi olacaq - Qadınlar da orduya göndərilir

Bu ölkədə əsgərlik yenidən məcburi olacaq - Qadınlar da orduya göndərilir

İsveç hökuməti 7 il öncə ləğv etdiyi məcburi hərbi xidmətlə bağlı qanunda dəyişiklik edib.

Sfera.az "Milliyet”ə istinadən xəbər verir ki, əsgərlik 2018-ci il yanvarın 1-dən etibarən yenidən məcburi olacaq.

Məcburi hərbi xidmət 1999-cu ildə dünyaya gəlmiş oğlanlarla birlikdə qızlar üçün də keçərli olacaq.

Qeyd olunur ki, həmin ildən olan 13 minə qədər gənc arasından 4 min nəfər seçilərək psixoloji və fiziki testlər aparıldıqdan sonra orduya göndəriləcək.

İsveç Dövlət Televiziyası "SVT” bu qərarın verilməsinə səbəb kimi Rusiya ilə NATO arasında gərginliyin önəmli rol oynadığını bildirib.


OXŞAR XƏBƏRLƏR