Estetik prosedurlar ciddi fəsadlar yarada bilər - ARAŞDIRMA

Dünyada estetik əməliyyatlara tələbat artdıqca, bu prosedurların təhlükələri ilə bağlı elmi mənbələr yeni məlumatlar açıqlayıb.
Sfera.az xəbər verir ki, son araşdırmalara görə, filler, liposaksiya və digər kosmetik müdaxilələr düşündüyü qədər təhlükəsiz deyil və bəzi hallarda geri dönüşü olmayan fəsadlara səbəb ola bilər. Məlumatlara əsasən, xüsusilə hialuron turşulu dolğular zamanı damar tıxanması baş verə və bu, görmə itkisi ilə nəticələnə bilər. Araşdırmalarda bildirilib ki, belə hallarda xəstələrin yalnız 6 faizində tam sağalma müşahidə olunub, 68 faizində isə görmə bərpa olunmayıb.
Estetik əməliyyatlar arasında geniş yayılan liposaksiyanın ümumi komplikasiya riski isə 2,6 faiz olaraq qeyd edilir. Ən çox rast gəlinən fəsadlara kontur deformasiya, hiperpigmentasiya, seroma və infeksiya daxildir.
Fidan Hacızadə
Sfera.az






