Bu, telefonunuzu partlada bilər - XƏBƏRDARLIQ

Kateqoriya məlum deyil
T
Smartfonun şarjda olduğu müddətdə uzun telefon danışığı aparmaq cihaz üçün təhlükə yarada bilər.
Sfera.az xəbər verir ki, bu zaman telefonun temperaturu yüksəlir, batareya daha sürətli qızır və xüsusilə köhnəlmiş və ya keyfiyyətsiz batareyaya malik modellərdə mikro-partlayış riski artır.
Mütəxəssislər istifadəçilərə aşağıdakı qaydalara əməl etməyi tövsiyə edirlər:
1.Telefon şarjdaykən uzun müddət danışmamaq
2.Orijinal adapter və kabeldən istifadə etmək 3.Şarj olunan cihazı hava keçirməyən səthlərdə – yorğan, yastıq, divan üzərində saxlamamaq
Qeyd edək ki, risk daha çox ucuz modellər və batareyası artıq zəifləyən telefonlarda müşahidə olunur.
Niyaz Hacıyev
Sfera.az






