Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu

Xəbər verdiyimiz kimi, Ukraynanın Lvov vilayətində "Lvovuqol" şirkətinə məxsus "Stepnaya" şaxtasında qəza olub.

Hadisə nəticəsində 10 mədənçi ölüb, 6-sı yaralanıb, 20 nəfər isə xilas olunub.

Qeyd olunur ki, şaxtada 172, qəza ərazisində isə 34 mədənçi olub.

Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hökumət koordinasiya qərargahı yaradıb.

 

Prezident Petro Poroşenko Nazirlər Kabinetinə bütün kömür-mədən şirkətlərinin auditini aparmağı tapşırıb.

Ölkədə matəm elan olunub.


OXŞAR XƏBƏRLƏR