Diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədəRƏSMİ AÇIQLAMA

Diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədəRƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yol hərəkəti qaydaları diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.

 

"Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

 

Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur", - məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR