Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Hərbi Prokurorluqda YENİ TƏYİNAT
Kateqoriya məlum deyil
T

Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

 

Sfera.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.

 

Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

 

Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
 

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
 

Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib. (Teleqraf.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR