ADSEA torpaq sürüşməsi ilə bağlı açıqlama verdi
Kateqoriya məlum deyil
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Agentlikdən Sfera.az-a verilən məlumata görə, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
Qeyd edək ki, Xətai rayonu Əhmədli qəsəbəsində Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində torpaq sürüşməsi baş verib.
Firuzə Əliyeva
Sfera.az






