Əflatun Amaşovdan etiraz - “Xəbəri vaxtında yaymaq lazım idi”

Əflatun Amaşovdan etiraz - “Xəbəri vaxtında yaymaq lazım idi”
“Günəşli” yatağında baş verən yanğın və neftçilərimizin faciəli şəkildə həlak olması Azərbaycanla yanaşı bütün dünya mediasının da diqqət mərkəzindədərir. Çox təəssüf ki, hadisə baş verən gün ictimayyət və media məlumatsız qaldı. Ölkə mediası məlumatı yalnız xarici KİV-lərdən əldə etdi və xarici KİV-lərə istinadən məlumatlar yaydı. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə hadisə ilə bağlı əhaliyə operativ məlumat verə bilmədiyi üçün ölkə mediası və jurnalistlər ciddi tənqid atəşinə tutulublar.

Bununla bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Ölkə.Az-a açıqlama verib. "Hadisələrin xarici mətbuat vasitələrində getməsi kifayət qədər yaxşı hal deyil. İstər-istəməz ölkə vətəndaşı xəbərlər almağa yerli mətbuata deyil, daha çox transmilli media vasitələrinə, xarici mətbuata öyrəncəli olur. Ola bilsin ki, günlərin birində həmin o transmilli mətbuat vasitələri Azərbaycanın milli maraqları ilə uyuşmayan məlumat yaya bilərlər. Bu da Azərbaycan kimi bir ölkəyə, sabitliyə təsir edə bilər. Bu baxımdan ölkədə baş verən hadisələr ölkə mətbuatına çatdırılmalıdır. "Günəşli" yatağında baş verən olaylarda xalqımız faciə yaşadı. Dünyadan köçənlərə Allah rəhmət eləsin, vətən sağ olsun! Arzu edirəm yaralı olanlar tezliklə şəfa tapsınlar.

Görünür hadisələr baş verərkən problemləri aradan qaldıranlar daha çox öz güclərini "Günəşli"də baş verən yanğını söndürməyə qoyublar. O zaman onlar öz güclərini çətinlikdə qalan insanların xilas edilməsinə qoyublar. Çox təəssüf ki, ölkə ictimayyətinin məlumatlandırılmasını arxa plana keçiriblər. Xilasetmə əməliyyatı keçirənlər çox çətin şəraitdə işləyiblər. Onlara təşəkkür düşür. Onlar tam olaraq öz güclərini xilasetmə işinə sərf ediblər. Buna görə də ictimayyətin məlumatlandırılması arxa plana keçib. Bunun da nəticəsi o oldu ki, ölkə mətbuatında dəqiq olmayan məlumatlar getdi. Məlumat almaq mümkünsüz oldu. Azərbaycan jurnalistləri məlumatları dəqiqləşdirməyə cəhd ediblər. Bu zaman vaxt uzanıb. Bu zaman xarici KİV olan "Reuters" hadisə ilə bağlı xəbər yayımlayıb və bu xəbər daha dəqiq olub. Birmənalı qaydada ölkədə baş verən olayların transmilli KİV-lərdə getməsi yaxşı hal deyil. Çox müsbət haldır ki, bu məsələlər tezliklə öz həllini tapdı, artıq dəqiq məlumatlar verilir, tez-tez mətbuat konfransı keçirilir".

OXŞAR XƏBƏRLƏR

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobil...

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...