Logo

Geomaqnit qasırğası müşahidə OLUNUR

Geomaqnit qasırğası müşahidə OLUNUR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Geomaqnit qasırğası müşahidə olunur.

Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, noyabrın 7-8-də Günəşin cənub yarımkürəsində alışmalar hesabına aktivlik yüksək səviyyədə qalacaq.

Yüksək coğrafi enliklərdə noyabrın 7-də maqnit qasırğasının gücü 10 ballıq şkalada Kp indeksi ilə 6-7 olacaq, sonrakı günlərdə azalaraq normal fon səviyyəsinə qayıdacaq.

Günəş aktivliyi radiorabitə siqnallarını noyabrın 8-də 70-80%, noyabrın 9-da 30-35% əngəlləyə bilən M sinif alışmalar hesabına artıb. Azərbaycanın da daxil olduğu orta coğrafi enliklərdə noyabrın 7-də qasırğanın gücü Kp infeksi ilə 6 olacaq, sonrakı günlər azalaraq fon səviyyəsinə qayıdacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR