DOST Agentliyində yeni təyinatlar oldu -FOTO

DOST Agentliyində yeni təyinatlar oldu -FOTO
Kateqoriya məlum deyil
T

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib. Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.

 

Sfera.az unikal.az-a istinadən xəbər verir ki, digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

 

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR