Logo

"3+3 platformasının işini bərpa etmək vacibdir" - Şoyqu

"3+3 platformasının işini bərpa etmək vacibdir" - Şoyqu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cənubi Qafqazda vəziyyət yaxşılaşır.

Sfera.az  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasında çıxışı zamanı deyib.

Şoyqu qeyd edib ki, 3+3 platforması üzrə məsləhətçi və regional qrupun işinin bərpası sülh prosesinin irəliləməsi üçün vacibdir: "Eyni zamanda, biz hesab edirik ki, sülh prosesi ilk növbədə regional ölçülərə malik olmalıdır. Bu kontekstdə 3+3 platformasının məşvərətçi-regional qrupunun işini bərpa etmək vacibdir".

Şoyqu üçtərəfli işçi qrupu çərçivəsində razılığın əldə olunduğu regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR