Sabah Bakıda hərbi yürüşlər KEÇİRİLƏCƏK - Bu istiqamətlərdə

Sabah Bakıda hərbi yürüşlər KEÇİRİLƏCƏK - Bu istiqamətlərdə
Kateqoriya məlum deyil
T

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.

 

Sfera.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, yürüşlər paytaxtın mərkəzi küçə və prospektlərində 3 istiqamət üzrə saat 10-12:00 aralığında təşkil olunacaq.
 

1-ci yürüş Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksindən metronun “İçərişəhər” stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəlinin qarşısına qədər davam edəcək.

 

2-ci yürüş Q.Musabəyov parkından Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanına qədər davam edəcək.


3-cü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən Səməd Vurğun küçəsi - Zabitlər parkı, Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospektinədək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR