İcbari sığorta ilə bağlı yeni qanunda bu ÜSTÜNLÜKLƏR OLACAQ

İcbari sığorta ilə bağlı yeni qanunda bu ÜSTÜNLÜKLƏR OLACAQ
Kateqoriya məlum deyil
T

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sistemi genişləndirilir. Bu məqsədlə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişikliklər təklif olunub.

 

Təkliflər 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib. Yeni dəyişikliklərə əsasən, artıq dövlət orqanlarında, bələdiyyələrdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatlarında çalışan şəxslərlə yanaşı, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, həmçinin könüllülər də icbari sığorta ilə əhatə olunacaqlar. Bu addımın əsas məqsədi – əmək münasibətlərində sosial müdafiəni gücləndirmək, riskli fəaliyyətlə məşğul olan vətəndaşların təhlükəsizliyini təmin etmək və istehsalatda baş verə biləcək hadisələrin mənfi təsirlərini minimuma endirməkdir.

 

Mövzunu şərh edən sığorta eksperti Şahin İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, sığorta olunanların siyahısının genişləndirilməsi, daha çox vətəndaşın bu sığorta məhsulunun əhatə dairəsinə düşməsini təmin etməkdir:

 

“Bu sığorta ilə təmin olunmayan vətəndaş, çalışdığı iş yerində hansısa bir sığorta hadisəsi ilə rastlaşarsa, heç bir təminat altında olmadığı halda, böyük maddi sıxıntılarla üz-üzə qala bilər. Əmək qabiliyyətinin qismən və ya tam itirilməsi, onun fəaliyyətini müəyyən müddətə yaxud tamamilə məhdudlaşdıra bilər. Bu halın nəticəsi isə məlumdur”.

 

Ekspertin sözlərinə görə, ən pis halda, istehsalatda ölüm halı, həmin şəxsin ailəsi üçün böyük çətinliklər yarada bilər:

 

“Ona görə də qanuna edilmiş əlavələr alqışlanasıdır”.

 

Qeyd edək ki, yeni qanunla könüllülər ilk dəfə açıq şəkildə icbari sığorta əhatəsinə daxil edilir. sDövlət orqanları, bələdiyyələr, publik hüquqi şəxslər və büdcə təşkilatlarında çalışanlar ayrıca bəndlə dəqiqləşdirilərək əhatəyə salınır

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR