Logo

Büdcədən ilk dəfə bu fonda vəsait ayrılacaq

Büdcədən ilk dəfə bu fonda vəsait ayrılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İctimai Nəqliyyat” Fonduna 155 milyon manat vəsait ayrılacaq.

Sfera.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, 2026-cı ildə yol vergisi üzrə daxilolmaların 155 milyon manatı “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu (MBF), 239,4 milyon manatı isə “Avtomobil Yolları” MBF üzrə nəzərdə tutulub.

Qeyd olunub ki, “İctimai Nəqliyyat” Fondu ilk dəfə 2025-ci ildə formalaşdırılıb və onun gəlir mənbələrindən biri kimi avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə tətbiq edilən yol vergisinin müəyyən hissəsi bu fonda yönəldiləcək.

Hesablama Palatası bildirib ki, yeni fondun yaradılması nəqliyyat sektorunda maliyyə intizamının gücləndirilməsi və şəhər nəqliyyatının infrastruktur xərclərinin şəffaf idarə olunması məqsədi daşıyır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR