Bu ərazidə avtomobil saxlayanlar cərimələnəcək

Bu ərazidə avtomobil saxlayanlar cərimələnəcək
Kateqoriya məlum deyil
T

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində yeni “sarı tor” nişanlaması çəkilib.

 

Sfera.az xəbər verir ki, hərəkətin sıx olduğu bu hissədə sürücülərin dayanma və durma əməliyyatı qadağan olunub. “Sarı tor”un üzərində avtomobil saxlamaq və ya hərəkəti ləngitmək inzibati qaydada cərimə ilə nəticələnir. Yeniliyə əsasən, qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır.

 

Yeni nişanlamanın məqsədi yolda yaranan sıxlıqların qarşısını almaq, hərəkətin fasiləsizliyini təmin etmək və dayanma hallarını minimuma endirməkdir. Avtomobilin sarı torun üzərində saxlanmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilir.

 

Qanunvericiliyə əsasən, qaydanı pozan sürücülər 3 bal, 100 manat məbləğində cərimə edilə bilərlər. Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın 20 Yanvar ərazisində də oxşar “sarı tor” nişanlaması aparılmışdı.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR