30 ildir icra başçısı olan məmur KİMDİR?

30 ildir icra başçısı olan məmur KİMDİR?
Kateqoriya məlum deyil
T

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur.
 

Hazırda Siyəzənə rəhbərlik edən Novruz müəllim bu il sentyabr ayının 19-da icra başçısı işləməyinin 30 illiyini qeyd edib.

 

Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, Novruz Novruzov 2 may 1954-cü ildə Lerik rayonunda anadan olub. Ali təhsilli müəllimdir.
 

Novruzovun icra strukturları ilə tanışlığı 30 il əvvələ təsadüf edir. O, mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə 19 sentyabr 1995-ci ildə anadan olduğu rayonun rəhbəri təyin olunub.
 

Novruzov doğma Lerikdə 6 il çalışdıqdan sonra Goranboy rayon icra hakimiyyətinin başçısı təyin olunub. Novruz Novruzov ömrünün 5 ilini Goranboyda keçirib.
Hazırda ömrünün 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı "dayanacagı" Şabran rayonu olub. Novruzov Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik edib.

 

71 yaşlı Novruz müəllim 2019-cu il aprel ayının 5-dən Siyəzənə rəhbərlik edir.

 

Novruz Novruzov mətbuatla əməkdaslığa həvəssiz yanaşan məmurlardandır.


Gözdən-könüldən uzaq qalmağa çalışdığı üçün internet resurslarında onun haqqında çox az məlumat var. Bu məlumatlar əsasən rəsmi məzmun daşıyır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR