Logo

Bakıda hərbi parada hazırlıq başlayıb

Bakıda hərbi parada hazırlıq başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər başlanılıb.

Sfera.az xəbər verir ki, paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR