Süni intellekt insan yaddaşını proqnozlaşdıra bilir - ARAŞDIRMA

ABŞ və Almaniyadan olan psixoloqlar süni intellektin insan beyninin yaddaş mexanizmini təxmin edə biləcəyini ortaya çıxarıblar.
Sfera.az xəbər verir ki, tədqiqat zamanı alimlər “ChatGPT” kimi modellərindən istifadə edərək insan beyninin yaddaş reaksiyalarını sınaqdan keçiriblər. Onlar iştirakçılara əvvəlcə mənası çaşdırıcı olan, lakin sonradan aydınlaşan ifadələr təqdim ediblər.
Nəticələr göstərib ki, süni intellekt bu cümlələrin yadda qalma ehtimalını insanlara çox bənzər şəkildə proqnozlaşdırıb. Modelin “yadda qalma göstəriciləri” ilə real insan iştirakçıların nəticələri arasında ciddi uyğunluq müəyyən edilib.
Tədqiqatçılara görə, bu nəticə psixologiya və süni intellekt sahəsində mühüm mərhələ sayılır. Alimlər hesab edirlər ki, gələcəkdə bu cür modellər insan beyninin fəaliyyətini öyrənməkdə və yaddaş pozğunluqlarının diaqnozunda yeni imkanlar aça bilər. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, süni intellekt insanın düşüncə prosesini tam mənada “anlamır”, sadəcə davranış modellərini oxşatmaqla nəticə verir. Yəni bu, insan beyni ilə eyni mexanizm deyil, lakin insan psixologiyasını təhlil etmək üçün güclü alət ola bilər.
Fidan Hacızadə
Sfera.az






