Bu bürclər həftəsonu şad xəbərlər alacaq

Ulduzların bu günə olan mesajı hər bürc üçün fərqli istiqamətlər göstərir.
Sfera.az bu günün bürc proqnozunu təqdIm edir:
Qoç
Günün enerjisi sənin tərəfindədir. İdman və hərəkətli fəaliyyətlər əhvalını qaldıracaq. Özünü formda saxlamaq üçün ən münasib vaxtdır.
Buğa
Emosional gərginlik səni bir az yoracaq. Sakitlik və meditasiya ilə balansı qorumağı tövsiyə olunur.
Əkizlər
Bu gün sosial bacarıqlar ön plandadır. Tanımadığın insanlarla ünsiyyət qurmaq, yeni münasibətlər yaratmaq üçün ideal gündür. Xərçəng Uğurlu başlanğıclar səni gözləyir. Keçmiş nailiyyətlər özünə inamını artıracaq, amma səfərlərdə ehtiyatlı ol.
Şir
Həyəcan və ehtiras bu gün səni müşayiət edəcək. Amma emosiyalarına nəzarət etməsən, gərginlik yarana bilər.
Qız
Uğurlar səndən yan keçməyəcək. İş və şəxsi həyatında irəliləyiş mümkündür. Sadəcə, xərclərə diqqət et.
Tərəzi
Gözlənilməz hadisələr səni çaşdıra bilər. Ən düzgün addım soyuqqanlı qalmaq və vəziyyəti analiz etməkdir.
Əqrəb
Ulduzlar sənin tərəfindədir. Enerjin yüksək olacaq, maddi vəziyyət də yaxşılaşa bilər.
Oxatan
Bu gün enerjili və aktiv olacaqsan. Amma işdə təzyiqlər və gərginlik mümkündür, səbr vacibdir.
Oğlaq
Bir qədər yorğunluq hiss edə bilərsən. Günü sakit tempdə keçirməyə çalış, tələsmə.
Dolça
Gərgin situasiyalarda emosiyalara qapılma. Sakitlik və uzaqgörənlik bu gün sənin ən güclü tərəfin olacaq.
Balıqlar
Zehni gərginlikdən uzaq dur. Gündəlik stress səni yükləyə bilər, ona görə istirahətə zaman ayır.
Fidan Hacızadə
Sfera.az






