Paytaxtda daha bir marşrutun avtobusları yenilənəcək

Paytaxtda daha bir marşrutun avtobusları yenilənəcək
Kateqoriya məlum deyil
T

Sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 53 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilir.


Yerüstü Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək.


“Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.
 

Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR