DTA-nın tabeliyində olan qoruq və muzeylərə ziyarətçi sayı 25% artıb

DTA-nın tabeliyində olan qoruq və muzeylərə ziyarətçi sayı 25% artıb
Kateqoriya məlum deyil
T

Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki qoruq və müəssisələrdə görülən bərpa işləri, eləcə də 2025-ci ilin ilk 9 ayı ərzində ziyarətçi statistikası təqdim edilib.

 

Sfera.az xəbər verir ki, tədbir Palçıq Vulkanları Turizm Kompleksində baş tutub. Təqdimat zamanı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda, xüsusilə Dairəvi Məbəddə aparılan bərpa işləri, “Kiş” Tarix-Memarlıq Qoruğundakı tarixi məsciddə görülən işlər, həmçinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruq evinin inşasının yekunlaşmaq üzrə olduğu bildirilib. Qeyd olunub ki, “Lahıc” DTMQ-da parkinq zonasının yaradılması davam edir. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda isə tikinti-bərpa işlərinin yeni mərhələsində məsciddə, park-muzeydə və bir sıra obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla yenilənmə aparılır. Məlumat verilib ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına daxil edilib.

 

Bu hadisə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda yeni turizm xidmətlərinin və məhsullarının inkişafına töhfə kimi dəyərləndirilib. Bildirilib ki, 2020-ci ildən Xınalıqda abidələrin və evlərin mərhələli bərpası həyata keçirilir, infrastruktur yenilənir və yerli əhalinin iştirakı məşğulluğun artmasına səbəb olur. Palçıq Vulkanları Turizm Kompleksində də yeni fəaliyyət istiqamətləri təqdim olunub.

 

Qeyd olunub ki, azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Bundan əlavə, kompleksin ərazisində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə yeni palçıq vulkanı yaranıb.

 

Tədbirdə 2025-ci ilin 9 ayı ərzində DTA-nın tabeliyində olan qoruq və muzeylərə ziyarətçi sayında 25,71 faiz artım qeydə alındığı bildirilib. Hesabat dövründə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini ümumilikdə 706 494 nəfər ziyarət edib. Onlardan 159 171 nəfəri yerli, 547 323 nəfəri isə xarici turist olub. Ziyarətçilərin 77,47 faizini əcnəbilər təşkil edib ki, bu da ötən illə müqayisədə% 10 faizdən çox artım deməkdir.

 

Ümumilikdə, 2025-ci ilin 9 ayı ərzində bilet satışından 4 milyon 821 min 346 manat gəlir əldə olunub.

 

Niyaz Hacıyev

Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR