"Balaca ölkəyik, mürəkkəbləşdirməyək"- Deputatdan ETİRAZ

"Balaca ölkəyik, mürəkkəbləşdirməyək"- Deputatdan ETİRAZ
Kateqoriya məlum deyil
T

Direktor seçimi prosesi asanlaşdırılmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, 600 məktəbdə direktor vəzifəsi boşdur:

 

"Hər dəfə də yeni seçim forması icad olunur. Balaca ölkəyik. Burada prosesi mürəkkəbləşdirməyə nə ehtiyac var? Əslində, sadə mexanizm var. Xaricdə də 10 il stajı olan adam direktor seçilə bilər. Bunun üçün məktəbdə sorğu keçirilir. Bundan başqa, kadr bankı yaradılır, oradan seçilir".

 

Millət vəkili xaricdə dövlət hesabına təhsil alan vətəndaşlarımızın iş problemlərinə də diqqət çəkib:

 

"Xaricdə milyonlarla manat xərcləyib tələbə oxutdururuq. Onlar qayıdır, amma iş tapa bilmir. Bizə müraciət edirlər. Dövlət pul xərcləyir. Bu məsələlərə diqqət yetirmək lazımdır".

 

Firuzə Əliyeva

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR