Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı
Kateqoriya məlum deyil
T

İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.

 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

 

Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR