Logo

Zelenskidən hərbi vəziyyət və səfərbərliklə bağlı YENİ QANUN

Zelenskidən hərbi vəziyyət və səfərbərliklə bağlı YENİ QANUN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 günlük müddətə - 2026-cı il fevralın 3-nə qədər uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Sfera.az xəbər verir ki, müvafiq məlumat Ukrayna parlamentinin "Telegram" kanalında dərc olunub.

“Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb”, - məlumatda deyilir.

Oktyabrın 21-də Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna parlamentinin Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin üç ay müddətinə uzadılması təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

İyulun 15-də Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və səfərbərliyin 90 gün – bu il noyabrın 5-dək uzadılmasına səs verib. Bildirilib ki, 320 deputat lehinə, bir səs əleyhinə səs verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR