Bu uşaqlara "Halloween" qeyd etmək olmaz - PSİXOLOQ

Bu uşaqlara "Halloween" qeyd etmək olmaz - PSİXOLOQ
Kateqoriya məlum deyil
T

Hər il olduğu kimi bir neçə gündür, ölkəmizdə də “Halloween” adlı bayram qeyd olunur. Xüsusilə uşaqların, yeniyetmələrin buna marağının olduğu müşahidə edilir.

 

Cəmiyyətdə bizim adətlərə uyğun olmayan bu bayramla bağlı fikirlər isə birmənalıdır. Özəlliklə, qorxu, şiddət formalı görüntülərin insanların psixologiyasına təsiri qınanılır.

 

Bəs bu cür bayramlar, belə ənənələrin formalaşması uşaqların, yeniyetmələrin psixologiyasına hansı mənfi təsirlər göstərə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, "Halloween" bayramı kimi qeyd olunan tədbirlər uşaqların əyləncəsi ilə formalaşırsa və yaşlarına uyğun təşkil olunursa qınanılmamalıdır.

 

 

Onun sözlərinə görə, "Halloween" bayramı təşkil edərkən və ya iştirak edərkən diqqətli olmaq lazımdır:

 

"Hansısa psixi narahatlığı olan uşaqların iştirakı təmin edilməməlidir. Uşaqların sosiallaşması üçün alternativ vasitələr hər zaman real olmalıdır. Uşaqları və yeniyetmələri hansısa tədbirə apararkən geniş və rasional izahlar verilməlidir. Onlar da yaranacaq qorxu, şübhə və şiddət kimi anlayışlarla bağlı suallara cavab verilməlidir”.

 

Psixoterapevt izah edib ki, uşaqlar bütün informasiya və hadisələri bilik olaraq qəbul edirlər:

 

“Bu tip tədbirlərə uşaqlar cəlb edilərkən psixoloji maarifləndirmə aparılmalıdır. Bayramda istifadə olunan qorxulu maskalar, personajlar və şiddətə aid elementlər, uşaqların və yeniyetmələrin mənfi davranışlarını artıra bilər. Psixoloji inkişafın formalaşdığı dövrdə uşaqlar və yeniyetmələr üçün qorxu və şiddət elementlərinin təbliği stressə səbəb ola bilər. Uşaqların və yeniyetmələrin psixoloji sağlamlığını qorumaq üçün mənfi elementlərin qurbanına çevrilməyinə şərait yaratmaq olmaz. İstənilən tədbirdə müsbət və mədəni şəkildə təşviqat aparmaq vacibdir. Uşaqlarda və yeniyetmələrdə hansısa psixi narahatlıq müşahidə olunduğu zaman psixi sağlamlıq mütəxəssislərinə müraciət etmək lazımdır”.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR